Yazın dəbli manikürləri - fotolar

Yazın dəbli manikürləri -  fotolar
5869 dəfə oxunub
  • A-
  • A
  • A+
Xanım gözəlliyini makiyaj, saç düzümü, geyimdən sonra tamamlayan amillərdən biri də manukürdür. Hər bir xanımın baxımlı olması onun dırnaqlarının təmiz, səliqəli və boyalı olmasından irəli gəlir.

Axşam.az xarici KİV-ə istinadən bu yayın dəbdə olan manikürlərini təqdim edir:

Dəmir qadın: metal rəngli dırnaqlar

Metal rəngin bütün növləri - qızılı, bal, gümüşü hər bir formada və uzunluqda olan dırnaqlara gedər.



Baxımlı təbiilik

Qısa oval dırnaqlar pastel rəngli boyalarla rənglənsə, daha gözəl görünəcək. Sadəliyi sevən xanımlar bu cür manikürlə daha dəbli görünəcəklər.



Qanlı ay

Bu yayın ən dəbli manikürlərindən biri də ağ və qırmızı boyadan edilən "french"dir. Bu rəng boyadan dırnağı qısa və uzun olanlar istifadə edə bilərlər.



İncə tonlar

Açıq və incə rəngli dırnaq boyaları yayın aktualları sırasındadır. Bu boyanı uzun və oval dırnağı olanlar çəkə bilər.



Qırmızı və qara

Ehtirası əks etdirən tünd qırmızı və qara rənglər dəbdə olan boyalar sırasındadır.