Ayan Babakişiyevanın evindən fotolar

Ayan Babakişiyevanın evindən  fotolar
11806 dəfə oxunub
  • A-
  • A
  • A+
"Xəzər" telekanalında yayımlanan "Evdəkilərə salam" verilişi bu dəfə müğənni Ayan Babakişiyevanın evində qonaq olub.

Axşam.az-ın məlumatına görə, ifaçı ailəsi ilə birlikdə kamera qarşısına keçib. O, ən yaxın dostlarından, anasının ona necə dəstək olmasından danışıb. A.Babakişiyeva həyatında yaşadığı sevgidən söz açıb.

Müğənni ən bahalı geyimini 12 minə, çantasını isə 2800 manata aldığını bildirib.

Qeyd edək ki, verilişin sözügedən buraxılışı bu gün saat 20:00-da efirə gedəcək.