Sevinc Musayeva əsgərlərə konsert verdi - fotolar

Sevinc Musayeva əsgərlərə konsert verdi -  fotolar
17722 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Sevinc Musayeva Göygöldə N saylı hərbi hissədə əsgərlər qarşısında konsert proqramı ilə çıxış edib.
 
Təəssüratlarını Axşam.az-la bölüşən ifaçı səfərdən yüksək əhval-ruhiyyə ilə qayıtdığını bildirib:

“Torpaqlarımızın keşiyində dayanan və gecə-gündüz gözlərini qırpmadan vətəni qoruyan igid əsgərlər qarşısında konsert vermək hər bir sənət adamı üçün fəxrdir. Əsgərlərimiz qarşısında 3-4 saatlıq çıxış etdim, onlar yüksək əhval verdim. Konsertin sonunda "Cənəb leytenant" mahnısını oxudum. Həmin an əsgərlər arasında böyük coşqu yaşandı. Ermənilərlə çox yaxın məsafədə idik, əminəm ki, onlar da bu musiqinin sədalarını eşidirdilər.

Konsertdən sonra əsgərlərimiz bizə yaxınlaşıb fotolar çəkdirdi, arzu və istəklərini söylədilər".