Teatrın yaradıcı heyəti Londona gedəcək

Teatrın yaradıcı heyəti Londona gedəcək
316 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı may ayı üçün növbəti – dördüncü beynəlxalq səfərinə hazırlaşır.

Teatrin mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, mayın 28-dən iyunun 2-dək davam edəcək qastrol səfəri London şəhərinə olacaq.

Böyük Britaniyada fəaliyyət göstərən “UMUD Ltd Company” şirkətinin dəvəti ilə keçiriləcək qastrol səfərində dahi dramaturq M.F.Axundzadənin “Hekayəti xırs quldurbasan” tamaşası nümayiş olunacaq. 2009-cu ildə Xalq Artisti Cənnət Səlimova tərəfindən səhnələşdirilən tamaşada əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Leyli Vəliyeva, Gülər Nəbiyeva, aktyorlar Şəbnəm Hüseynova, Natiq Fərzəliyev, İlham Əsədov, Elnur Kərimov, Elşən Hacıbabayev, Kərəm Hadızadə, Eşqin Quliyev və Aydın Dəmirov iştirak edəcəklər.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək səfərə kollektiv teatrın direktoru, əməkdar artist Mübariz Həmidov başda olmaqla mayın 28-də yola düşəcək.

Nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin teatr sektorunun müdiri Naidə İsmayılzadə rəhbərlik edəcək.