Prezident və xanımı cəbhə bölgəsində - fotolar

Prezident və xanımı cəbhə bölgəsində -  fotolar
9233 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar.

Axşam.az-ın məlumatına görə, dövlət başçısı əvvəlcə Tərtər rayonundakı “N” saylı hərbi hissəyə gedib.

İlham Əliyev hərbi hissənin qərargahı ilə tanış oldu.

Müdafiə naziri Zakir Həsənov təmas xəttindəki son vəziyyət barədə ölkə başçısına məlumat verib.

Sonra Ali Baş Komandan hərbi hissənin şəxsi heyəti ilə görüşüb.

Daha sonra İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində zərər çəkmiş Tərtər şəhərinin Fikrət Əmirov küçəsində dağılmış evlərə baxıblar.

Dövlət başçısına məlumat verilib ki, ermənilərin törətdiyi vəhşiliklər nəticəsində Tərtərin yaşayış məntəqələrində 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağıdılıb.

Sakinlərlə söhbət zamanı Prezident dəymiş ziyanın tezliklə aradan qaldırılacağını bildirin.

Sonra dövlətimizin başçısı və xanımı cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndinə gəliblər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva daha sonra Ağdam rayonunun qoşunların təmas xəttində yerləşən Mahrızlı kəndində olublar.

İlham Əliyev və xanımı Mehriban Əliyeva Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzinə də baş çəkiblər.