"Dünyaya övlad gətirmək istəyirəm, amma..." - Bülent Ersoy

"Dünyaya övlad gətirmək istəyirəm, amma..." - Bülent Ersoy
4496 dəfə oxunub
  • A-
  • A
  • A+

İzmirdə konsert verən müğənni Bülent Ersoy həmin gecədə sevgilisi Berk Yılmazın ailəsini qonaq edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sənətçi səhnədə "ana olmaq, dünyaya övlad gətirmək istəyirəm, amma bu iş necə olacaq?" deyərək hər kəsi güldürüb. B.Ersoy "qızım olsa, adını Betül qoyardım" deyib.

Müğənni zalda oturan gələcək qayınanası Şehnaz Yılmazı qucaqlayaraq sevgilisinin ailəsinə mahnılar oxuyub. O, eyni zamanda maraqlı açıqlamalar da verib:

"Həyatımı film kimi çəkmək istəyən bir şirkət böyük miqdarda pul təklif etsə də, qəbul etmədim, edə bilmədim. 46 illik sənət həyatımda yaşadığım anları, kədəri yenidən beynimdə yaşamaq məni qorxutdu. Buna dözə bilmərəm".

Konsertin sonunda fanatları ilə foto çəkdirən "diva" sonra qayınanası ilə otelin "kral dairəsi"nə çıxıb. Ş.Yılmaz ifaçı haqda "onu çox sevirəm, o, mənim hər şeyimdir" deyib.