Burnunu əməliyyat etdirən müğənninin yeni fotoları

Burnunu əməliyyat etdirən müğənninin yeni  fotoları
6069 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir müddət əvvəl burun əməliyyatı etdirən müğənni Lətifə Soyuöz tədbirlərin birində fotokameramıza tuş gəlib.

Axşam.az-a açıqlama verən ifaçı əməliyyatdan razı qaldığını bildirib:

"Gözəl hisslər yaşayıram. Kök olanda burnumun qüsurları bilinmirdi, amma arıqladıqca pis görünməyə başladı. Artıq məni narahat edirdi. Qərar verdim ki, tezliklə əməliyyat olunum. Əməliyyat çox rahat keçdi. İndi efirdə özümü görəndə bəyənirəm. Buna görə "İstanbul NS" klinikasına təşəkkür edirəm”.

L.Soyuöz saç düzmündə heç vaxt dəyişiklik etməyəcəyini deyib:

“Səhnəmizin təbii uzunsaçlı iki ifaçısından biriyəm. Anam saçımı rəngləməyə və kəsdirməyə icazə vermir. Ona görə də saçlarımda dəyişiklik etməyi düşünmürəm”.

Foto: Ramin ASLANOV