Azərbaycan "Eurovision"da kimə səs verəcək?

Azərbaycan "Eurovision"da kimə səs verəcək?
754 dəfə oxunub
  • A-
  • A
  • A+

“Eurovision”nın rəsmi fan-klubu (OGAE) müxtəlif ölkələrdə keçirdiyi səsvermənin nəticələrini açıqlamağa davam edir.

Axşam.az-ın məlumatına görə, təşkilatın Azərbaycan nümayəndəliyi də nəticələrini elan edib. Belə ki, fan-klub üzvləri ən yüksək xalı - 12 balı "You are the only one" mahnısını ifa edən Rusiya təmsilçisi Sergey Lazarevə verib. Digər yerlər isə belədir:

Rusiya- 12 bal
Fransa- 10 bal
İtaliya - 8 bal
Avstraliya- 7 bal
Bolqarıstan – 6 bal
Avstriya – 5 bal
Almaniya-4 bal
Estoniya- 3 bal
Latviya - 2 bal
Serbiya – 1 bal

Qeyd edək ki, OGAE “Eurovision” müsabiqəsinin fan klub təşkilatıdır. Bu səsvermə final nəticələri haqda ilk təsəvvürü yaradır.

Sözügedən klub 40-dan çox ölkədə fəaliyyət göstərir. Ümumi səsvermədə Fransa, Rusiya, Avstraliya, Bolqarıstan, İtaliya liderdir. Azərbaycan isə Ermənistan və Gürcüstanı qabaqlamaqla 17-ci yeri tutur.