Elçin xanımı ilə necə tanış olub?

Elçin xanımı ilə necə tanış olub?
29040 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elçin Cəfərov ailə qurduğu xanımı Aydanla tanışlıqlarından danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “ATV maqazin onlarla” verilişinə açıqlamasında ilk dəfə İstanbulda görüşdüklərini bildirib:

"İstanbulda önəmli tədbirdə çıxışım var idi. Xanımımla orada bir-birimizi gördük, tanış olduq. Həmin an evlənəcəyimizə qərar vermişdik, amma bunu beynimizdə də təkmilləşdirməyimiz lazım idi. Hər şeyə sevgi ilə yanaşıram. Seçdiyin insana da sevgi ilə yanaşmalısan. Çünki onunla bir ömür yaşayacaqsan”.