Samir əməkdar artistdən küsüb

Samir əməkdar artistdən küsüb
1816 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Samir Piriyev əməkdar artist Tünzalə Ağayevadan inciyib.

Axşam.az-ın məlumatına görə, buna səbəb T.Ağayevanın ifaçıya duet söz verməsi və vədinə əməl etməməsi olub.

S.Piriyev mahnının da hazır olduğunu bildirib:

“4 ildir mahnını oxuyub başa çatdırmamışıq. Tünzalə xanım çox gözəl bir əsər yazıb, “Kırık kalpler köşesinde” adlanır. Aranjiman da etdirmişik. Hələ də Tünzalə xanım mənə vaxt ayırmayıb ki, onu səsləndirib başa çıxaq".

T.Ağayeva “ATV maqazin onlarla” verilişində S.Piriyevə cavab verib:

“Tək Samir Piriyev yox, Murad Arifə də duet söz vermişəm. Günahı mənim boynuma atmasınlar. Qapımı döyüb, xatırlatsınlar”.