Daha bir türk telekanal ermənilərdən geri alınan ərazilərimizdə - video

Daha bir türk telekanal ermənilərdən geri alınan ərazilərimizdə - video
1161 dəfə oxunub
  • A-
  • A
  • A+

NTV-dən, Doğan kimi məşhur xəbər agentliyindən sonra Türkiyənin daha bir televiziya kanalı Qarabağda olub.

Axşam.az-ın anspress-ə istinadən məlumatına görə, bu dəfə "Bengü Türk" televiziyasının əməkdaşı cəbhə xəttində olub, Qarabağda baş verənləri dünyaya göstərməyə çalışıb. "Adım Vatan" (Adım Vətən) adlanan verilişdə bildirilib ki, 90-cı illərdə dünyanın gözü önündə insanlıq tarixinin ən böyük faciələrindən, qətliamlarından biri yaşanıb.

Jurnalistlərin dayanacağı Füzuli, Tərtər cəbhəsi, ermənilərin qoyub qaçdıqları səngərlər olub. Bura ermənilərin ən çox atəşkəsi pozduğu istiqamətlərdən biridir. Tərtərdə isə minalardan təmizlənmə prosesində iştirak ediblər. Onlar erməni zərbələri nəticəsində dağıdılan kəndlərdə - evlərdə də olublar. Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani, eləcə də hərbçilər cəbhədə baş verənlər haqqında ətraflı məlumat veriblər. 

Birdirilib ki, Ermənistanın əlində saxladığı hərbi yüksəkliklər bir neçə saat ərzində Azərbaycanın nəzarətinə keçib.

Türk jurnalist 22-24 il işğaldan sonra azad edilən torpaqlarda qurulan istehkam məntəqələrində olub, geri çəkilən ermənilərin yeni səngərləri necə qazdığını müşahidə edib. Maraqlısı odur ki, eməni əsgərləri təmas xəttindən qaçdığı üçün səngərləri mülki əhaliyə qazdırırlar.

Veriliş bir neçə hissədən ibarətdir və hər hissə bir cəbhə xəttindəki vəziyyətə həsr edilib.