"Nəsimi" filminin rejissor köməkçisi vəfat etdi

"Nəsimi" filminin rejissor köməkçisi vəfat etdi
1813 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanın əməkdar mədəniyyət işçisi, kinoprodüser Xanlar Cəfərov vəfat edib.

Axşam.az-ın məlumatıan görə, bu barədə "Report"a Azərbaycan Professional Kinorejissorlar Gildiyasından bildirilib.

X.Cəfərov 1947-ci ildə Bakıda anadan olub.1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatr və kino fakültəsini bitirib. 1969-cu ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, film direktoru vəzifələrində işləyib. 1988-ci ildən "Rakurs" Sənədli Filmlər Studiyasının direktoru olub.

2001-ci ildən Mədəniyyət və Turizm Nazirliyi "Yaddaş" Sənədli Filmlər Studiyasının direktoru olub.
Kinoda ilk fəaliyyəti rejissor Həsən Seyidbəylinin ekranlaşdırdığı "Nəsimi" filmində rejissor köməkçisi olub. Xanlar Cəfərov kino həyatında fəaliyyətini sənədli filmlərin prodüsseri kimi davam etdirib.