Həkimin uşağa yazdığı resept ananı ağlatdı - foto

Həkimin uşağa yazdığı resept ananı ağlatdı - foto
9832 dəfə oxunub
  • A-
  • A
  • A+

Braziliyada yaşayan 2 yaşlı qız Rafaeli indi bütün sosial mediada tanıyırlar.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Rafaelin anası Veri Trindad qızını braziliyalı həkimlərə tam etibar etmədiyi üçün onu həkimə aparmırdı. Lakin bir gecə qızdırması düşməyən qızını təcili həkimə aparan ana maraqlı hadisə ilə qarşılaşıb. O, bu haqda "Facebook" hesabında yazıb:

"...Mən bizim xəstəxanalara etibar etməkdən qorxuram, amma bu barədə indi danışmaq istəmirəm. Bu gün böyük sürprizlə qarşılaşmışam. O qədər təsirləndim ki, hətta ağladım. Evə qayıdandan sonra ərimə də dedim ki, xəstəxanada necə də xeyirxah insanlar varmış.

Bəxtimizə çox diqqətli həkim düşdü. Rafael nə ağladı, nə də nəyəsə etiraz etdi. Bizim şəhərdə əsl mələk yaşayır - doktor Marselo. Bu gün sizin sayənizdə rahat yatacağıq. O, bizə iki resept yazdı. Birində dərmanlar yazılmışdı, onu mənə təhvil verdi. Digəri, xüsusi resept isə Rafael üçün nəzərdə tutulmuşdu. Mən bunu, xeyirxahlığı və ümidi bütün həyatım boyu unutmayacağam.

Reseptdə sadəcə yazılmışdı: "Rafael, tez sağal. Öpürəm, həkim "Yaxşı oğlan".