Gün.Az-ın 5 yaşı oldu

Gün.Az-ın 5 yaşı oldu
553 dəfə oxunub
  • A-
  • A
  • A+

Gün.Az İnformasiya Agentliyi fəaliyyətə başlamasının 5 ilini arxada qoyub.

Axşam.az xəbər verir ki, 2011-ci ilin 2 may tarixində Azərbaycan media məkanına qədəm qoyan Gün.Az 5 ildə özünə layiqli yer tuta bilib.

Xəbər siyasətində hər zaman obyektivliyi və milli dəyərləri üstün tutan agentlik geniş oxucu kütləsinin rəğbətini qazana bilib. Saytın peşəkar kollektivi istər dövlət qurumları, istərsə də həmkar media qurumları ilə dostluq münasibətləri qurmağı bacarıb.

Peşəkar müxbir heyətinə malik olmaqla yanaşı, həm də Azərbaycan mediasına yeni jurnalistlər qazandıran Gün.Az İnformasiya Agentliyi dəfələrlə yerli və beynəlxalq mükafatlara da layiq görülüb. Həmçinin, ölkəmizi ayrı-ayrı vaxtlarda qlobal tədbirlərdə də təmsil edib.

5 illik yubiley münasibətilə bütün Gün.Az-çıları təbrik edirik!