Məşhur türk serialı ekranlara dönür - foto

Məşhur türk serialı ekranlara dönür - foto
14667 dəfə oxunub
  • A-
  • A
  • A+

Kanal D-nin reytinqli serialları sırasında yer alan "Kanıt" ekranlara dönür.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 100-cü seriya ilə final edəndən sonra təkrar nümayişi də maraqla izlənilən ekran işinin davamı çəkilir.

"Kanıt ateş üstünde" adlanacaq serialın çəkilişləri artıq başlayıb. Layihənin rejissorluğunu edən Biray Dalkıran çəkiliş meydançasından ilk fotonu paylaşıb.

Qeyd edək ki, 2010-2013-cü illərdə yayımlanan serialda Sevil Atasoy, Engin Benli, Deniz Deliloğlu, Tolga Karel və başqaları yer almışdı.

Yeni mövsümdə kimlərin rol alacağı isə tam bəlli deyil.