Mayın 4-də bu yollardan istifadə etməyin!

Mayın 4-də bu yollardan istifadə etməyin!
1379 dəfə oxunub
  • A-
  • A
  • A+
Sabah Bakı və Sumqayıtın bəzi ərazilərində hərəkət məhdudlaşdırılacaq.

Axşam.az-ın məlumatına görə, “TOUR d`AZERBAİJAN” beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar may ayının 4-də saat 09.30-dan 14.30-dək Dövlət Bayrağı Meydanından Dairəvi yol - Bakı-Sumqayıt şosesi - Masazır - Novxanı - Sumqayıt istiqamətində və Sumqayıt şəhərinin bir sıra mərkəzi küçələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.
 
Göstərilən vaxtda həmin istiqamətlərə alternativ yollardan istifadə olunması xahiş olunur.