"İki övlad böyüdürəm, çatdıra bilmirəm" - əməkdar artist

"İki övlad böyüdürəm, çatdıra bilmirəm" -  əməkdar artist
4175 dəfə oxunub
  • A-
  • A
  • A+
“Zaman çox sürətlə gedir, çatdıra bilmirəm. Gündə 27-28 saat olsa da, mənə vaxt çatmaz”.

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Lalə Məmmədova “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib. O, xaricdə klip çəkdirmək üçün maddi gücünün olmadığını bildirib:

“Mənim milyonlarım yoxdur, gedib xaricdə klip çəkdirim. Mahnılarıma sponsor çıxsa, bunu edə bilərəm. İki övlad böyüdürəm, çatdıra bilmirəm. Tənbəl insan deyiləm. Qəşəng yeniliklərim var. Faiq Sücəddinovdan, Aygün Səmədzadədən yeni mahnılarım var. Bir mahnımı isə Rəfael Dadaşov yazıb. Yaxın günlərdə təqdim olacaq. Aygün xanımın mahnısına klip də çəkdirəcəm”.