Stilistdən müğənninin geyiminə irad - video

Stilistdən müğənninin geyiminə irad -  video
1586 dəfə oxunub
  • A-
  • A
  • A+
“ATV maqazin onlarla” verilişinin “Fashion” rubrikasının növbəti qonağı müğənni Çingiz Mustafayev olub.

Axşam.az-ın məlumatına görə, ifaçı geyim tərzindən bəhs edib:

“Ümumilikə özümü zövqlü hesab edirəm. İnsan zövqlüdürsə, bu tək geyimlə yox, ev bəzəməklə, maşınla, digər vasitələrə də aid olmalıdır. Tək əyninə paltar geyinib, saçını daramaqla baxımlı olmursan. Bədənin formada deyilsə, ən bahalı geyim də sənə yaraşmayacaq. İdman tərzini çox sevirəm. Anam icazə versə, efirlərə də idman stilində geyinərəm”.

Sənətçinin geyimini stilist Fuad Hacıyev təhlil edib:

“Bu, gündəlik geyimdir. Saçlarını çox xoşlayıram. İfa etdiyi mahnılara uyğundur. Saqqalı da ona yaraşır. Sadəcə, bir az əl gəzdirib, formaya salmaq lazımdır. Müğənni hər zaman seçilməlidir. Çingiz müğənniliyini yaddan çıxarıb. Adi geyim tərzidir. Rəngləri uyğunlaşdırmağı düzgündür. Ağ corabın heç yeri yox idi. Qara saat olmasaydı daha yaxşıydı. Ayaqqabıları isə bir az dəbdən düşüb”.