"Atam istədiyim hər şeyi alır" - milyarderin oğlu

"Atam istədiyim hər şeyi alır" - milyarderin oğlu
18225 dəfə oxunub
  • A-
  • A
  • A+

İngiltərənin paytaxtı Londonda yaşayan və qızıl işləməli avtomobilləri ilə gündəmdə olan Səudiyə Ərəbistanı milyarderi Turki bin Abdullah ilk dəfə açıqlama verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 23 yaşlı bin Abdullah bir müddət əvvəl İngiltərədə "ərəb pleyboy, varlı şeyx və iş adamı" olaraq tanınmışdı.

O, maliyyə mənbəyinin atası olduğunu etiraf edib. "Atam istədiyim hər şeyi alır" deyən bin Abdullah özünün də tezliklə iş quracağını bildirib. Ofisiantlara, köməkçilərə və dostlarına pul xərcləməyi sevən milyarder oğlunun hobbilərindən biri də lüks avtomobillər almaqdır.

Media gənc oğlanın Dreyk və Dr.Dre kimi ulduzlarla dost olduğunu da yazıb.