Flora Kərimova ilə Rövşənin təqdimatında qalmaqal düşdü - fotolar

Flora Kərimova ilə Rövşənin təqdimatında qalmaqal düşdü -  fotolar
6598 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Flora Kərimova və müğənni Rövşən Civişov yeni kliplərini təqdim ediblər. 

Axşam.az xəbər verir ki, “Bu sevgiyə dözüm yox” adlı mahnıya çəkilən klipin rejissoru Türkay Azəridir. 
Bəstənin sözləri Gülağa Tənhaya, musiqisi A.Səlimova məxsusdur.

Ekran işində F.Kərimovanın qızı Zümrüd Şərifzadə çəkilib. O, anasının cavanlığını canlandırıb. 

Təqdimat mərasimində çıxış edən F.Kərimova çəkiliş prosesindən danışıb:

“Bizi tək qoymayan hər kəsə təşəkkürümü bildirirəm. İlk vaxtlar mahnını bəyənmirdim, anlaya bilmirdim. Ancaq rejissorun ərsəyə gətirdiyi klip məni dərin kədərləndirdi. İndi hər şeyi yaxşı başa düşürəm. Hətta bu klipdə üzük və sırğalardan da istifadə etmişəm. Makiyajımı da Anar Ağakişiyev edib. 4 saat üzümdə əlləşdi. Amma sonda yaxşı nəticə ortaya çıxdı”.

Tədbirə qatılan tanınmışlar sırasında xalq artisti Məleykə Əsədova, əməkdar artist Mehriban Xanlarova, müğənnilər Kərim Abbasov, Vasif Məhərrəmli, Ruhəngiz Musəvi, aparıcı Lətafət Ələkbərova da yer alıb. 

Mərasim qalmaqalsız ötüşməyib. M.Əsədova çıxış edərkən Vasif Məhərrəmlinin oturduğu yerdən danışması aktrisanı özündən çıxarıb.

O, “Vasif, sakit dayan, sən danışanda mən səni dinləyirdim. Belə olmaz axı” deyə, etirazını bildirib.

Foto: Ramin ASLANOV