Bülent Ersoy 10 kq dəniz məhsulu yedi

Bülent Ersoy 10 kq dəniz məhsulu yedi
2676 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Bülent Ersoy İzmirdəki konsertindən sonra istirahət üçün dostları ilə birlikdə Bodruma üz tutub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, restoranda yemək yeyən zaman maqazin müxbirlərinin diqqətindən yayınmayan Ersoyun 5 kiloqram Lagos balığı, 5 kiloqram isə krevetka yediyi öyrənilib.
 
Masanın bütünlüklə dəniz məhsulu ilə doldurulduğu diqqətdən qaçmayıb.
 
Ofisiantlar B.Ersoy üçün özəl oturacaq gətirib. Diva və qonaqlarına gecə boyunca 6 ofisiant qulluq edib. Ersoyun həmin gecə geyindiyi qara libası və şlyapası olduqca diqqət çəkib.

Ersoy restorandan çıxarkən, "Qardaşlarım üçün gəlmişəm. Artıq bir şey söyləməyəcəyəm. Hər kəsə gözəl axşamlar" deyə, bildirib.