Şahzadə Dianadan sonra bunu Uilyamın xanımı etdi

Şahzadə Dianadan sonra bunu Uilyamın xanımı etdi
2816 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur moda dərgisi "Vogue"nın iyun buraxılışının üz qabığının qonağı Şahzadə Uilyamın xanımı Keyt Middlton olub.

Axşam.az-ın məlumatına görə, bu xəbər jurnalın internet səhifəsində yer alıb. Bu buraxılışda eyni zamanda "Vogue"nın 100 illik yubileyinə xüsusi yer ayrılıb. 10 milyondan artıq tirajlanacaq jurnal mediaya təqdim olunan zaman, iki uşaq anası 34 yaşlı Hersoginyanın idman geyimlərində rahat və kompleksiz olduğu sərgilənəcək.

Fotoşəkillərin Norfolkdakı Anmer Hallda çəkildiyi açıqlanarkən, Keyt Middltonun "Vogue"ın bir əsrdən bu yana eyni buraxılış xəttini tutmasına dəstək verməsi bildirilib.

Qeyd edək ki, 1997-ci ildə Parisdə müəmmalı yol qəzası nəticəsində dünyasını dəyişən Şahzadə Çarlizin xanımı şahzadə Diana da "Vogue" jurnalının 4 dəfə siması olub.