Müğənninin Dubay tətilindən bikinili fotoları

Müğənninin Dubay tətilindən bikinili  fotoları
3066 dəfə oxunub
  • A-
  • A
  • A+
48 yaşlı rusiyalı müğənni Valeriya istirahət üçün Birləşmiş Ərəb Əmirliklərini seçib.
 
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, istirahətə həyat yoldaşı İosif Priqojinayla yollanan müğənni çimərlikdə bikinidə çəkdirdiyi fotolarını sosial şəbəkədə paylaşıb. Xəbərdə qeyd olunur ki, 48 yaşlı Valeriya makiyajsız fotolar paylaşmaqdan çəkinməyib.
 
Bundan öncə Dubayda ötən ilin martında olan Valeriya həyat yoldaşı və qızı ilə birlikdə istirahət etmişdi.

Tez-tez istirahətə getdiyini bildirən məşhur ulduzun bundan öncəki səfəri bu ilin fevralında Mərakeşə olub. Həmin zaman Valeriya həyat yoldaşı ilə birlikdə maraqlı fotolarını sosial şəbəkədə paylaşmışdır.