Ordubadinin xatirəsi anılıb - foto

Ordubadinin xatirəsi anılıb -  foto
425 dəfə oxunub
  • A-
  • A
  • A+

Fəxri xiyabanda tarixi romanlar müəllifi M.S.Ordubadinin xatirəsi anılıb. Vəfatının 66-cı ildönümündə ədibin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

Axşam.az Azərtaca istinadən xəbər verir ki, yazıçının ev-muzeyində davam edən mərasimdə muzeyin direktoru Lalə Abaszadə, ordubadişünas alim Arzu Hüseynova, yazıçının qohumları və qonaqlar M.S.Ordubadinin həyat və yaradıcılığından söhbət açıb, onunla bağlı xatirələrini bölüşüblər.

Sonda tədbir iştirakçıları foyedə M.S.Ordubadinin kitabları və onun haqqında dərc olunmuş qəzet və jurnallardan ibarət sərgi, ədibin qələm dostları və ailə üzvləri ilə çəkdirdiyi şəkillər ilə tanış olublar.