“Facebook”da virus yayılır - Diqqətli olun

“Facebook”da virus yayılır -  Diqqətli olun
1100 dəfə oxunub
  • A-
  • A
  • A+
Son günlər “Facebook”da yayılmış “Profilimə ən son baxanlar” virusu istifadəçiləri bezdirib.


Axşam.az-ın məlumatına görə, başlığa aldanıb keçidə daxil olmağa çalışanlar virusu dostluğundakılara yayırlar. Beləcə, virus şəbəkə halında minlərlə insana çatır.

İnformasiya Komunikasiya Texnologiyaları üzrə mütəxəssis Osman Gündüz sosial şəbəkələrdə belə virusların qəsdən yayıldığını və bəzi şəxlsərin bu işdə marağının olduğunu bildirib.

Mütəxəssislər “Facebook”un belə xidmətinin olmadığını və virusa yoluxmamaq üçün şübhəli məlumatları açmamağı məsləhət görürlər. Profili virusa yoluxan istifadəçilər isə bəzi qaydalara əməl etməlidirlər.

Mütəxəssislər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin bənzər hallarla bağlı vətəndaşları xəbərdar edilməli olduğunu deyiblər.

“Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edirik: