Sabah Bakıda bağlanacaq yolların siyahısı

Sabah Bakıda bağlanacaq yolların siyahısı
909 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda "Tour d'Azerbaidjan-2016" beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar olaraq, Bakı şəhəri ərazisində yarışın hərəkət istiqaməti üzrə bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Axşam.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Bölmə rəisinin sözlərinə görə, İdarə avtomobil sahibləri, paytaxt sakinləri və sürücülərin nəzərinə çatdırır ki, mayın 4-də səhər saat 09:30-dan etibarən start veriləcək yarış paytaxtın Dövlət Bayrağı Meydanından Bakı Dairəvi yolu ilə Bakı-Sumqayıt şosesi, Masazır-Novxanı-Sumqayıt istiqamətində və Sumqayıt şəhərinin bır sıra mərkəzi küçələri üzrə davam edəcək:
 
"Həmin marşrut üzrə kəsişən əksər küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək. Sürücülərdən xahiş olunur ki, həmin gün alternativ yollardan istifadə etsinlər".

Mayın 5-də saat 09:30-dan 15:30-dək Bakı şəhərindən Şamaxı-İsmayıllı istiqamətində olan avtomobil yolu bağlanacaq.

Bununla yanaşı, mayın 6-da saat 09:30-dan 15:00-dək Qəbələ-Oğuz-Şəki istiqamətində və Şəki şəhərinin bir sıra mərkəzi küçələrində, mayın 7-də saat 09:30-dan 13:30-dək Qəbələ-İsmayıllı-Şamaxı istiqamətində Pirqulu kəndinədək magistralda nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

Mayın 8-də səhər saat 09:00-dan 12:00-dək Bakı şəhərində Azadlıq meydanı - Neftçilər prospekti - Nobel prospekti - Zığ şosesi - Qala yolu - Buzovna - Bilgəh - Zuğulba - Buzovna - Hava limanı şosesi marşrutu üzrə, saat 09:00-dan 15:30-dək isə Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Üzeyir Hacıbəyli küçəsi - Puşkin küçəsi - Azadlıq meydanı - Nefçilər prospekti - İçərişəhərdə Kiçik Qala küçəsi - Qoşa Qala Qapısı - İstiqlaliyyət küçəsi - Sona xanım Vəliyeva küçəsi - Lermontov küçəsi - Teymur Elçin küçəsi - Mehdi Hüseyn küçəsi - Parlament prospekti - Hüseyn Cavid prospekti - Landau küçəsi - İnşaatçılar prospekti - Bakıxanov küçəsi - Səməd Vurğun küçəsi - Şəmsi Bədəlbəyli küçəsi - Bülbül prospekti - Üzeyir Hacıbəyli küçəsi - Puşkin küçəsi - Azadlıq meydanı marşrutu üzrə nəqliyyatın hərəkəti dayandırılacaq.