O, bir vaxtlar prezident idi - fotolar

O, bir vaxtlar prezident idi -  fotolar
7589 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiya mətbuatı Uruqvayın keçmiş prezidenti Xose Alberto Muxiko Kordano haqqında məqalə hazırlayıb.

Axşam.az-ın məlumatına görə, 2010-cu ildən 2015-ci ilədək prezident olan Xose partizan hərəkatının üzvi olub. Hansı ki,1970-cı illərdə bank soyğunçuluğu, insan oğurluğu və kasıb təbəqənin oğurlanmış ərzaq və pullarının köçürülməsi  haqqında məlumat alıb. 

O, polislə toqquşmalarda altı dəfə yaralanıb və 14 ilini həbsxanada keçirib. Prezident 12500 dollarlıq əmək haqqının 90 faizini xeyirxah işlərə xərcləyib. Qalan 1250 dolları həyat yoldaşıyla birgə xərcləyən prezident  “Bu pul mənə tam çatır. Çünki bir çox uruqvaylının gəliri xeyli aşağıdır" deyə, bildirib.
 
Prezidentliyi dövründə Muxikinin şəxsən aldığı ən dəyərli əşyası 1945 dollarlıq köhnə "Folksvagen Juk" avtomobili olub. Prezidentin həyat yoldaşı ilə yaşadığı evi iki mühafizəçi qoruyur. Onun evi Uruqvayın paytaxtı yaxınlığında Mondovideoda yerləşir.
 
Muxikinin banklarda hesabı və heç bir borcu yoxdur. Ən böyük zövqü Manuela adlı iti ilə vaxt keçirərkən alır. Həyat yoldaşı da belə sadə həyat tərzi keçirməyin pərəstişkarıdır. Muxikinin həyat yoldaşı xeyriyyəçi olub və vaxtı ilə partizan hərəkatının üzvi olub. Heç vaxt qalstuk taxmayan Uruqvay prezidentinin qarderobunda çətin ki, bahalı kostyum olsun. Bahalı mobil telefonu və kredit kartları olmayan prezidentin əvəzində becərəcəyi 1 hektar torpağı var.