“Heydər Əliyev və ozan-aşıq mədəniyyəti” tədbiri keçiriləcək

“Heydər Əliyev və ozan-aşıq mədəniyyəti” tədbiri keçiriləcək
236 dəfə oxunub
  • A-
  • A
  • A+
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və ozan-aşıq mədəniyyəti” mövzusunda elmi-mədəni tədbir keçiriləcək.
 
Axşam.az xəbər verir ki, tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı “Heydər Əliyev və ozan-aşıq mədəniyyəti”, professor Qəzənfər Paşayev isə “Milli-mənəvi sərvətlərimizin bənzərsiz himayəçisi” mövzularında məruzələrlə çıxış edəcəklər.
 
Tədbirin bədii hissəsində isə Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu və aşıqlar çıxış edəcək.
 
Tədbir mayın 6-da saat 15.00-də Bakı şəhərində yerləşən Muzey Mərkəzinin akt zalında keçiriləcək.