İbrahim Tatlısəs ilk dəfə qızı ilə görüşdü - foto

İbrahim Tatlısəs ilk dəfə qızı ilə görüşdü -  foto
7678 dəfə oxunub
  • A-
  • A
  • A+
Türk musiqisinin imperatoru İbrahim Tatlısəs müğənni Dilan Çıtakın öz qızı olduğunu ötən gün İnstaqram səhifəsindən bəyan etmişdi. 

Axsam.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İdo Tatlısəs bacısını atası ilə görüşdürmək üçün yola gətirib.

İki övladını Kuşadasındakı otelində qəbul edən İ.Tatlısəs sosial şəbəkədə paylaşdığı fotonun altından “4 gündür demədiyiniz söz, etmədiyiniz müzakirə qalmadı. Artıq hər şey bu gerçəkdə. Mən niyə bu qədər zaman gözlədim? Hər şeyin bir zamanı var. Doğru zaman bu gün idi” sözlərini yazaraq, söhbətə son qoyub.