Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq
3352 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 4-də saat 10:00-dan 20:00-a qədər “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Padar”, Astara magistral qaz kəmərləri sahəsinin “Göytəpə” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Axşam.az xəbər verir ki, bu barədə SOCAR-ın mətbuat xidmətindən bildirilib.

Məlumata görə, təmir müddətində Ağsu rayonunun Padar, Cəlilabad rayonunun Göytəpə, Təklə, Pirilini, Ağdaş, Bəcirəvan və Maşalı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.