Havanın temperaturu yüksələcək

Havanın temperaturu yüksələcək
1865 dəfə oxunub
  • A-
  • A
  • A+
Mayın 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 10-15, gündüz 19-23 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi arabir ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 10-15, gündüz 24-29, dağlarda gecə 4-9, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.