Şəhidimiz dəfn olundu - fotolar

Şəhidimiz dəfn olundu -  fotolar
3411 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Silahlı Qüvvələrinin mayın 3-də şəhid olan əsgəri Yüzbəyov Əmrah Aydın oğlu dəfn olunub.

Axşam.az APA-ya istinadən xəbər verir ki, şəhid Əmrah Yüzbəyov Xaçmaz rayonunun Hacıməmmədoba kəndindəki məzarlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Xaçmaz Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi, kənd sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyəti də iştirak edib. Şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb.