Müğənnidən oğurluq ittihamlarına cavab - video

Müğənnidən oğurluq ittihamlarına cavab - video
5610 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Sılanın "Mürekkep" albomunun çıxış mahnısı olan "Afitap"la bağlı qalmaqal yaşanıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, mahnının kosovalı pop sənətçisi Nora İsrefininn oxuduğu "E di" adlı mahnı ilə eyni olduğu ortaya çıxıb. Bəstənin sahibi olan Floren Boşnaku türk müğənninin mahnının ondan rəsmən aldığını, ancaq hələ də ödəmə etmədiyinin açıqlayıb.

Kosova mediası "türk pop ulduzu Sıla mahnı oğrusudur" başlıqları ilə xəbərlər yayımlayıblar. Boşnaku Sılanı məhkəməyə verdiyini deyib. Daha sonra Sıla İnstaqramda açıqlama yazaraq baş verənləri təkzib edib:

"...Ağlınız işləmir? Bir söz yazarı, bəstəkar, yəni bir yaradıcı olaraq mahnını alıb ödəmə etməyəcəyəm? Bu mövzularda bu qədər həssas biri olaraq belə bir şey edə bilərəm? Siz bəlkə məni o qədər tanımırsınız, amma mən 35 ildir özümü tanıyıram. Belə axmaqlıq, adələtsizlik, cahilliklər mənə görə deyil. Yalan xəbərdir. Zəng vurub soruşmayanlara, dəqiqləşdirmədən yazanlara təəssüf edirəm".