"Gah məni boşatdırırlar, gah da Gülyazla dalaşdırırlar" - xalq artisti

"Gah məni boşatdırırlar, gah da Gülyazla dalaşdırırlar" -  xalq artisti
1712 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Gülyanaq Məmmədova bacısı Gülyaz Məmmədova ilə küsməsi xəbərlərinə münasibət bildirib.

Axşam.az-a açıqlama verən müğənni duet ortağını dəyişdiyini söyləyib:

“İşimizin çoxluğundan tədbirlərə bir qatıla bilmirik. İndi duet ortağımı dəyişmişəm (gülür). Teymur Əmrahla duet oxumuşuq. Çox maraqlı mahnıdır. Sözləri Sona Vəliyevaya, musiqisi Nailə Mirməmmədliyə məxsusdur. Arada ifa tərzini dəyişmək lazımdır. Zövqlər müxtəlifdir, ona görə də Tüymur Əmrahın təklifini qəbul etdim. Bizim ailədə küsmək olmaz. Bu gün Gülyaz da gəlmək istəyirdi, 20 tələbəsi var, onlara dərs keçir. Ona görə gələ bilmədi”.

G.Məmmədova haqqında yayılan şayiələrdən danışıb:

“O qədər şayiə yayırlar ki... Məni gah Gülyazla dalaşdırır, gah da boşatdırrılar. Kim çıxardır, anlamıram. Amma buna əhəmiyyət vermirəm. Onsuz mənim gözəl ailəm var və çox xoşbəxtəm”.