Fəxrəddin Manafov 33 il sonra onunla görüşdü - fotolar

Fəxrəddin Manafov 33 il sonra onunla görüşdü - fotolar
14679 dəfə oxunub
  • A-
  • A
  • A+

33 ildən sonra tanınmış aktyorlar Fəxrəddin Manafov və Qalina Polskix Bakıda Heydər Əliyev Sarayının kulisi arxasında görüşüblər.

Axşam.az-ın Trend-ə istinadən məlumatına görə, bununla da Heydər Əliyev Sarayı rusiyalı aktrisa üçün bu sürprizi təşkil edib. Hər iki aktyor 1983-cü ildə tanınmış rejissor Rasim Ocaqovun "Park" filmində rol alıblar.

Görüş zamanı aktyorlar mehriban şəkildə söhbət ediblər və təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, Q.Polskixin ilk əri azərbaycanlı rejissor Faiq Həsənov olub. O, 1965-ci ildə avtomobil qəzasında dünyasını dəyişib.