Kulinariya Mərkəzinin 25 illik yubileyindən fotolar

Kulinariya Mərkəzinin 25 illik yubileyindən  fotolar
1076 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Milli Kulinariya Mərkəzinin 25 illik yubileyi təntənəli şəkildə qeyd olunub.

Axşam.az-ın məlumatına görə, yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM) və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə hökumət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların təmsilçiləri, ictimaiyyət nümayəndələri, həmçinin respublikamızın 23 şəhər və rayonundan qonaqlar, tanınmış kulinarlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə aşpaz və qənnadıçıların AMKM-nın 25 illik yubileyi münasibəti ilə hazırladıqları mətbəx nümunələrinə və Azərbaycan Rəssamlar İttifaqının yubileyə həsr olunmuş rəsm əsərlərinə baxıblar. Burada həmçinin AMKM-nın 25 illər ərzində fəaliyyətini əks etdirən fotolar da nümayiş olunub.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu gün Azərbaycan xalqının yaratdığı tarixi abidələrin, maddi və qeyri-maddi mədəniyyət nümunələrinin dünya arenasında tanıdılması ölkəmizin müstəqillik əldə etməsinin nəticəsidir.
 
Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov qurumun 25 illik fəaliyyəti haqqında geniş hesabat məruzə ilə çıxış edib.

T.Əmiraslanov həmçinin tədbirdə ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın AMKM-nin 25 illiyinə ünvanlanmış təbrik məktubunu da səsləndirib.