Kərim əməkdar artistlə klipə çəkiləcək

Kərim əməkdar artistlə klipə çəkiləcək
947 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Kərim Abbasov əməkdar artist Mətanət İsgəndərli ilə oxuyacağı duetin aqibətindən danışıb.

Axşam.az-a açıqlama verən sənətçi uzun müddətdir üzərində çalışdıqları mahnının artıq hazır olduğunu bildirib:

“Dueti oxuduq, hazırdır. Ona klip də çəkdirməyi planlaşdırırıq. Ekran işini payızda təqdim edəcəyik. Bəstənin sözləri Sevinc Şirinə, musiqisi özümə aiddir”.