"Ana olmaq yorucudur" - üçüncü dəfə hamilə olan aktrisa

"Ana olmaq yorucudur" - üçüncü dəfə hamilə olan aktrisa
2521 dəfə oxunub
  • A-
  • A
  • A+

Üçüncü dəfə ana olmağa hazırlaşan aktrisa Meqan Foks "Business Insider" jurnalına müsahibə verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ana olmağın çətinliyi barədə danışan ulduz deyib:

"Bu zaman fikirləşmirsən ki, yuxusuzluqdan əziyyət çəkəcəksən. Ola bilsin, hətta on il yuxularını itirəsən. Sənə bu haqda xəbərdarlıq edilir, amma yenə də buna hazır deyilsən... Bütün gün uşaqlarla məşğul olmaq, əlbəttə ki, yorucudur. Çətindir. Özünə vaxt ayıra bilmirsən, ağlında heç bir böyük hədəf olmur. Beyin o qədər yorulur ki, axırda "qayğanaq"dan fərqi qalmır. Günün sonunda isə beyin işləməyi dayandırır",

Meqan uşaqların erkən yaşlarda smartfonlara, planşetlərə və kompütərlərə alışmasının əleyhinədir:

"Bunun uşaqlara mənfi təsiri barədə çoxlu tədqiqat var. Ona görə də mən uşaqlarımı onlar böyüyüb yeniyetmə olana qədər telefon, internetdən uzaq tutmağa çalışıram. Mənim isə telefonda oyun oynamağa heç vaxtım yoxdur. Elektron poçtumu yoxlamaq üçün güclə vaxt tapıram".