Namiq Mənadan Samirəyə: "İstedadı var, amma..."

Namiq Mənadan Samirəyə:  "İstedadı var, amma..."
2223 dəfə oxunub
  • A-
  • A
  • A+
Meyxanaçı Namiq Məna uzun illər səhnəyə həsrət qalmasının səbəblərini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “10-dan sonra” verilişində avtomobil qəzası keçirdiyini bildirib:

“Çalışırdım meyxana deyəm, amma alınmırdı. Səhhətim imkan vermirdi. Buna səbəb isə keçirdiyim avtomobil qəzası idi. Maşınımı yandan vurdular, neçə dəfə fırlandı. Özümü dirəyə sıxdım ki, başım dəyməsin. Bu halıma sevinənlər də var idi. Amma baxırdım ki, o sözü deyən adam önəmli deyil. Nadana susmaqla cavab verirlər”.

N.Məna xanım meyxanaçılardan danışıb, Samirə Yusifqızına məsləhət verib: 

“Xanımların meyxana deməsinə pis baxmıram. Sadəcə, bəsitlikdən uzaq olmaq lazımdır. Samirə xanım bu janrın üzərində çalışmır. İstedadı var, üzərində çalışsa, biliyini zənginləşdirə bilər”.