Yusifdən Günaya: "Makiyajın bərbaddır"

Yusifdən Günaya:  "Makiyajın bərbaddır"
9131 dəfə oxunub
  • A-
  • A
  • A+
“İrəli gedən insanı çox istəyənlər qədər, düşmənləri də olur. Mənim də düşmənlərim var”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Günay İbrahimli “10-dan sonra” verilişində deyib. İfaçı onun ayağının altını qazmaq istəyənlərdən danışıb:

“Öndə olan insanın hər şeyinə fikir verirlər. Pisə heç baxan olmur. Ona görə də mənə pislik etməyə çalışanlara fikir vermirəm”.

Bu yaxınlarda rol aldığı “Sadəcə sev” filmini təqdim edən G.İbrahimli qala gecədə onu tək qoyan həmkarlarına ismarış göndərib:

“Bəzi həmkarlarım dəvətnamə versəm də, qalaya gələ bilmədi. Onların əksəriyyəti zəng vurub üzrxahlıq etdi ki, Şəkidə tədbirdədilər. Amma arasında bir-ikisi var, gəlmədi və heç nə demədi. Onların adını qara siyahıya yazmışam. Hətta özlərinə mesaj da atmışam”.

Müğənni aparıcı Yusif Ağayevin “Filmdə sənin makiyajını edənə qiymət vermək olmaz. Makiyajın bərbad idi” sözlərinə belə cavab verib:

“Kənardakı insanların fikri mənə çox maraqlı idi. Əsas odur ki, filmlə insanları ağlada bildik. Amma ekran işində qrimim sıfır idi. Mənim dərimlə bağlı problemim varıydı. Neçə illər əziyyət çəkmişəm, müalicələr almışam. Çəkiliş zamanı da üzüm pis gündə idi, müqavilə bağladığım üçün heç cürə imtina edə bilmədim. Videonu təmizləmək mümkün deyildi. Hələ o təmizlənmiş halımıydı”.