"Muğamımızı xaricdə təmsil etmək istəyirəm" - video

"Muğamımızı xaricdə təmsil etmək istəyirəm" - video
587 dəfə oxunub
  • A-
  • A
  • A+
Muğam ifaçısı Ramiq Bayramov yeniliklərindən danışıb.

Axşam.az-a açıqlama verən ifaçı hazırda Azərbaycan Dövlət Televiziyasında çalışdığını bildirib:

“2008-ci ildə Azərbaycan Milli Konservatoriyasına qəbul olmuşam. Ustadım xalq artisti Mənsum İbrahimovdan muğam dərsi almışam. 2012-ci ildə Türkiyədə beynəlxalq festivalda ölkəmizi yüksək səviyyədə təmsil etmişəm. Çox uğurlu çıxışlarımız olub. Üç dəfə Tehranda konsertə qatılmışam.

2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Televiziya Muğam Müsabiqəsi keçirilirdi, mən də özümü sınamaq üçün sənədlərimi ora təqdim etdim və böyük nailiyyət əldə etdim. Seçim turlarından keçdim, üçüncü yerin qalibi oldum. Orada mənə dəstək olan bütün münsiflərə təşəkkürümü bildirirəm.

Qalib olandan sonra bizi Azərbaycan televiziyasına solist kimi işə götürdülər. Hazırda AzTV-də solist kimi çalışıram. Çox istəyirəm ki, ölkəmizi, muğamımızı xaricdə təmsil edim. Fond üçün “Rast” dəstgahı və xalq, bəstəkar mahnıları yazdırmışam, mütəmadi olaraq AzTV-də yayımlanır”.