"Yazırlar ki, Cem Yılmaz Fərdadan yaxşıdır"

"Yazırlar ki, Cem Yılmaz Fərdadan yaxşıdır"
1670 dəfə oxunub
  • A-
  • A
  • A+
“İlk dəfə saçımda ağ tük görəndə çox pis təsir etdi. Qayçıyla kəsmək istədim”.

Axşam.az-ın məlumatına görə, bu sözləri aktyor Elməddin Cəfərov “10-dan sonra” verilişinə açıqlamasında deyib.

O, “32 yaşım var idi, saçımı darayanda ağ tük gördüm. İndi qəbul edirəm. Düşünürəm ki, ağ tük insanın müdrikliyini göstərir” deyə, bildirib.

E.Cəfərov sosial şəbəkədəki tənqidlərdən bəhs edib:

“Biz aktyorluğu, oxumağı başqalarında sevirik. Xaricdən gələn müğənnilərə dəyər veririk. Sosial şəbəkələrdə yazırlar ki, “Cem Yılmaz Fərdadan yaxşıdır”. Cem Yılmazı da məşhurlaşdıran tamaşaçı olub. Özümüzünkülərə dəyər vermək lazımdır. Onda aktyorda da məsuliyyət olur. Səhv tapmağa nə var ki... Əsas dəyər verməkdir”.