Yerli və xarici ulduzlar Gəncədə konsert verdi - fotolar

Yerli və xarici ulduzlar Gəncədə konsert verdi - fotolar
784 dəfə oxunub
  • A-
  • A
  • A+

"Gəncə Avropa Gənclər Paytaxtı 2016" layihəsinin açılış mərasimi çərçivəsində şəhərin baş meydanında möhtəşəm konsert proqramı baş tutub.

Axşam.az-ın məlumatına görə, yerli və əcnəbi sənətçilərin iştirakı ilə keçirilən konsertdə şəhər sakinləri dünya şöhrətli müğənnilərin canlı ifalarını dinləyiblər.

Gecədə əvvəlcə səhnəyə Azərbaycanın xalq artisti Alim Qasımov çıxıb. Sənətkarın heyrətamiz ifası dinləyicilər tərəfindən coşqu ilə qarşılanıb. "Natiq" Ritm Qrupu və müğəni Abbas Bağırov maraqlı musiqi nömrələri ilə konsertə rəng qatıblar.

Dünya şöhrətli müğənnilər Aleksandra Stan və İnqridin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. İtalyan müğənnisi İnqridin Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i ifa etməsi isə tamaşaçıların böyük marağına səbəb olub.

Konsert proqramı "Eurovision-2011" mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camalın ifasında "Running Scared" mahnısı və möhtəşəm atəşfəşanlıqla başa çatıb.