Mətanət Əsədova ailə qurmaq istəyir

Mətanət Əsədova ailə qurmaq istəyir
4044 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Mətanət Əsədova ən böyük arzusunu açıqlayıb.

Axşam.az-ın məlumatına görə, ifaçı “10-dan sonra” verilişində ailə qurmaq istədiyini bildirib:

“Ürəyim gedir gəlinlik libası geyinməkdən ötrü. İki tərəf də elə seçim etməliyik ki, peşmançılıq çəkməyək. İstəmirəm o mənfi həyatı bir də yaşayım. Böyüklər gileylənir ki, nə qədər olar, ailə qur, ana ol. Nə edim, ana olmağı ilk mən istəyirəm. Gərək qarşı tərəf məni o qədər yaxşı başa düşsün ki, onla evlənməyə razı olum.

Kişinin hünəri olar, bir baxışı yetər. Hələ qəlbimi ovsunlayan olmayıb. İlk növbədə ailə, sonra sənət. Evimə qazanıb gətirməli, məni hərtərəfli təmin etməlidir. Oxumağı isə arada edərəm. Kişi qısqanc olmalıdır, qadını özbaşına buraxmamalıdır. Qızım olsa, vay onun halına. Ona görə də oğlan övladı istəyirəm”.