Türkiyənin tanınmış aktrisası dünyasını dəyişdi

Türkiyənin tanınmış aktrisası dünyasını dəyişdi
5332 dəfə oxunub
  • A-
  • A
  • A+

"Romalı Perihan" kimi tanınan Perihan Benli vəfat edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir müddətdir ki, xəstəxananın reanimasiya şöbəsində yatan 74 yaşlı aktrisanın ölüm xəbərini sənətçi Onur Akay Tvitter hesabından paylaşıb:

"...Romalı ləqəbini ona Zeki Müren vermişdi və sonda Zeki Müren kimi o da özünü ölümə buraxdı. Narahatlığı keçən yay başlamışdı. Əsl narahatlığı psixoloji problemlər idi. Heç kimi yanına buraxmırdı. Şəkər xəstəliyi ağırlaşdığı üçün arıqlayıb bir dəri, bir sümük qalmışdı..."

Qeyd edək ki, Romada doğulan və böyüyən Perihan Benli Yılmaz Güney və Zeki Alasya kimi dövrün məşhur aktyorlarıyla eyni filmlərdə rol alıb. 74 yaşındakı Benli Zeki Mürenin ona verdiyi ləqəbə görə "Romalı" olaraq tanınır. Avropa mediasında isə "Peri Han" olaraq məşhurdur.