Küsülü əməkdar artistlər bir arada - foto

Küsülü əməkdar artistlər bir arada - foto
2411 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir müddət əvvəl mahnı qalmaqalı yaşayan əməkdar artistlər Elza Seyidcahan və Mətanət İsgəndərli bir araya gəlib.

Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinə qonaq olan müğənnilər barışdıqlarını bildiriblər.
E.Seyidcahan “Mətanət xanım mənim canımdır. Bu aralar küsmüşdük. Mahnımıza görə olmuşdu” deyə, bildirib.

M.İsgəndərli isə həmkarını çox istədiyini, onunla yaxın dost olduğunu söyləyib:

“Səndən küsən özündən küsməlidir. Səndən küsmək olar? Biz 20 ildir dostuq. İstirahətə bir gedib, eyni yerdə qalırıq. Onun kimi insanla aylarla bir yerdə ol, pislik görməzsən. Ondan adama xata gəlməz”.

Qeyd edək ki, əməkdar artistlər arasında inciklik E.Seyidcahanın yazdığı “Gözlərin” mahnısı üstündə olmuşdu. E.Seyidcahan mahnını müğənniyə 5 min manata satıb. Üstündən uzun müddət keçməsinə baxmayaraq, M.isgəndərli onu təqdim etmirdi. Bu isə qarşı tərəfi özündən çıxarmışdı.