Şifrələrinizi dərhal dəyişin! - xəbərdarlıq

Şifrələrinizi dərhal dəyişin! - xəbərdarlıq
3741 dəfə oxunub
  • A-
  • A
  • A+

Gmail, Yahoo Mail, Hotmail  və digər elektron poçt xidmətlərinin istifadəçilərinin şifrələri oğurlanıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, internetdə milyonlarla istifadəçinin məlumatları yayılıb. Oğurluğun olduğunu ortaya çıxaran isə "Hold Security" firmasıdır. Firmanın etdiyi analizlərə görə, yayılan məlumatlarda 272 milyon fərqli istifadəçinin ad və şifrələri var. Bunların 42 milyon yarımı daha öncə etibarlılığı yüksək olan hesablardır.

"Hold Security" hakerlərin həmin məlumatları bir dollara satdığını və ya pulsuz verdiyini öyrənib. Hakerin qarşılıqsız olaraq həmin hesabları yayması isə hadisəni daha da qəlizləşdirib.

Oğurlanan hesablar arasında 57 milyon Mail.ru, 40 milyon Yahoo Mail, 33 milyon Hotmail, 24 milyon Gmail hesabı var. Mail.ru açıqlamasında qeyd edib ki, hesabları nəzarətə götürdüyünü və sahiblərinə xəbərdarlıq etdiyini deyib. Microsoft, Google və Yahoo isə hələ də vəziyyəti araşdırır.