Bu film təqdimata hazırlaşır

Bu film təqdimata hazırlaşır
362 dəfə oxunub
  • A-
  • A
  • A+
Mayın 11-də Nizami Kino Mərkəzində “Hüseyn xan Naxçıvanski. Qayıdış” tammetrajlı sənədli filminin təqdimatı keçiriləcək.

Axşam.az xəbər verir ki, bu barədə "Reporta" Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” Sənədli Filmlər Studiyası və “Lennauçfilm” studiyasında çəkilən film Rusiya imperiyasında böyük nüfuz sahibi olmuş görkəmli azərbaycanlı sərkərdə, tam süvari qoşunları generalı, II Nikolayın general-adyutantı Hüseyn xan Naxçıvanskinin həyat və fəaliyyətindən bəhs edir.
Çəkilişləri Naxçıvan, Bakı və Sankt-Peterburqda aparılan, tarixi faktlardan, xüsusilə də arxiv materiallarından geniş istifadə olunmuş filmin ssenari müəllifi və rejissoru Valentina Qurkalenkodur.