Avropa çempionatının açılışından fotolar

Avropa çempionatının açılışından  fotolar
6999 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi Bakı Olimpiya Stadionunda 17 yaşadək futbolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib.

Axşam.az-ın məlumatına görə, milli rəqslə başlayan mərasim daha sonra topla rəqs edən rəqqasların ifasında davam edib. Bunun ardınca "Natiq" ritm qrupu möhtəşəm ifa nümayiş etdirib. Musiqili proqramı müğənnilər - Röya Ayxan və Miri Yusif ifası ilə davam etdirib. Onlar çempionatın rəsmi himnini canlı səsləndiriblər.