Eldar Qasımovun Beyons arzusu

Eldar Qasımovun Beyons arzusu
1538 dəfə oxunub
  • A-
  • A
  • A+
“Eurovision” qalibimiz Eldar Qasımov dünya ulduzu Beyonsun səhnə və səhnədən kənar həyatını yaxından izləmək arzusundadır.

Axşam.az xəbər verir ki, bu barədə o, “V element” verlişində danışıb:

“Dünya ulduzlarının səhnədən kənar həyatı məni çox maraqlandırır. Onlar işçi heyəti ilə necə rəftar edir, studiyada necə çalışırlar, bunları yaxından görmək istəyirəm. “Eurovision”da səhnə təcrübəsi qazanandan sonra bir çox ulduzların harada düz hərəkət etmədiklərini, düz danışmadıqlarını görə bilirəm. İndiyə qədər istəmişəm Beyonsun konsertinə gedim. Onun səhnə həyatı, eləcə də səhnədən kənar həyatı valehedicidir, mənim çox xoşuma gəlir”.

E.Qasımov depressiyaya tez-tez düşdüyünü etiraf edib:

“Özüm-özümü depressiyaya salıram. Xoşlayıram bu halı. Özümə qapananda yaradıcılıqda yenilik edirəm. Buna bir o qədər ağır depressiya demək olmaz”.